ABŞ-da bu il neft hasilatı azalacaq - PROQNOZ

ABŞ-da bu il neft hasilatı azalacaq - PROQNOZ
# 09 sentyabr 2021 14:47 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) ölkədə 2021-ci il üçün neft hasilatı üzrə proqnozunu cüzi azaldıb.

"APA-Economics" EIA-in aylıq hesabatına istinadən verdiyi xəbərə görə, cari il ABŞ da gündəlik neft hasilatının 11,08 mln. barel olacağı gözlənilir. Ötən proqnoza görə, bu göstərici 11,12 mln. barel təşkil edəcəyi ehtimal olunurdu.

Proqnoza əsasən, 2022-ci ildə ABŞ-da gündəlik neft hasilatı 11,72 mln. barel təşkil edəcək ki, bu da ötən proqnozdan 0,05 mln. barel azdır.

Qeyd edək ki, EIA-in hesablamalarına görə, ötən il ABŞ-da ortalama gündəlik neft hasilatı 11,28 mln. barel olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR