ABŞ-da kommersiya neft ehtiyatları 419 mln. bareldən aşağı enib

ABŞ-da kommersiya neft ehtiyatları 419 mln. bareldən aşağı enib
# 21 sentyabr 2023 10:54 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları 2 135 min barel azalaraq, 418 456 min barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 2 200 min barel azalacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR