EİA: ABŞ-ın neft ehtiyatları 456 mln. barelədək azalıb

EİA: ABŞ-ın neft ehtiyatları 456 mln. barelədək azalıb
# 18 iyul 2019 17:37 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə (8-12 iyul), ABŞ-da neft ehtiyatları 3,11 mln. barel azalaraq 455,88 mln. barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, daha əvvəl ABŞ-ın neft ehtiyatlarının 2,69 mln. barel azalmasını proqnozlaşdırılırdı.

Qeyd edək ki, Amerika Neft İnstitutunun (API) hesablamalarına əsasən, keçən həftə ABŞ-ın neft ehtiyatları 1,4 mln. barel azalaraq 460 mln. barel təşkil eləməli idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR