ABŞ əsas istehsalat sahələrində neft hasilatını artıracaq

ABŞ əsas istehsalat sahələrində neft hasilatını artıracaq
# 18 yanvar 2023 10:09 (UTC +04:00)

ABŞ Energetika Nazirliyinin proqnozlarına görə, cari ilin fevralında yanvar ayı ilə müqayisədə ölkədə əsas istehsalat sahələrində (hasilatın əsas hissəsi şist neftinin payına düşür – red.) neft hasilatı artacaq.

"APA-Economics"in ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasına (EIA) istinadən verdiyi məlumata görə, gələn ay ən iri yataqlarda ortalama gündəlik neft hasilatı 76 min barel və ya 0,8% artaraq 9,375 mln. barelə çatacaq.

Məlumata görə, hasilat üzrə artım əsasən "Permian", "Eagle Ford", "Bakken", "Anadarko", "Appalachia” və "Niobrara" yataqlarının payına düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR