ABŞ gələn il neft hasilatını 15% artıra bilər

ABŞ gələn il neft hasilatını 15% artıra bilər
# 11 may 2022 12:44 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EİA) ölkədə 2022-2023-cü illər üçün ortalama gündəlik neft hasilatı üzrə proqnozunu azaldıb.

"APA-Economics"in EİA-nın aylıq hesabatına istinadən verdiyi xəbərə görə, gələn il ABŞ-da ortalama gündəlik neft hasilatının 12,85 mln. barel olacağı ehtimal olunur, bu da öncəki proqnoz göstəricisindən 0,1 mln. barel azdır.

Hesabata əsasən, cari il ABŞ da gündəlik neft hasilatının 11,91 mln. barel olacağı gözlənilir. Ötən proqnoza görə, bu göstəricinin 12,01 mln. barel təşkil edəcəyi ehtimal olunurdu.

Belə ki, 2021-ci ilin göstəricisi ilə müqayisədə ABŞ-da ortalama gündəlik neft hasilatının bu il 6,4%, 2023-cü ildə isə 14,8% artacağı ehtimal olunur.

Qeyd edək ki, ötən il ABŞ-da gündəlik neft hasilatı 11,19 mln. barel təşkil edib.

Xatırladaq ki, EİA-nın hesablamalarına görə, 2020-ci ildə ABŞ-da ortalama gündəlik neft hasilatı 11,28 mln. barel olub. 2019-cu ildə isə bu göstərici 12,25 mln. barel təşkil edib.

EİA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, ABŞ neft hasilatı üzrə koronavirus infeksiyası pandemiyasından əvvəlki səviyyəni 2023-cü ildə ötəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR