ABŞ gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu endirib

ABŞ gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu endirib
# 09 mart 2023 09:03 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2024-cü il üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.

"APA-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, gələn il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 650 min barel təşkil edəcəyi ehtimal edilir, bu da öncə verilən proqnozdan 10 min barel azdır.

Proqnoza görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 650 min barel təşkil edəcək (proqnoz dəyişməyib).

Hesabata əsasən, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 670 min barel səviyyəsində olub.

Xatırladaq ki, 2021-ci ildə ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 720 min barel səviyyəsində olub. 2020-ci və 2019-cu illərdə sözügedən göstərici müvafiq olaraq 700 min barel və 780 min barel səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR