ABŞ gələn il üçün neft qiymətləri üzrə proqnozunu yüksəldib

ABŞ gələn il üçün neft qiymətləri üzrə proqnozunu yüksəldib
# 11 may 2022 10:20 (UTC +04:00)

ABŞ Energetika Nazirliyi 2022-ci ildə "Brent" markalı etalon neftin qiyməti ilə bağlı proqnozu 103,37 dollardan 103,35 dollaradək korrektə edib.

"APA-Economics"in ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən verdiyi xəbərə görə, 2023-cü ildə neftin qiyməti 97,24 dollar (öncəki proqnoz – 92,57 dollar) təşkil edə bilər.

Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiymətinin 2022-ci ildə 98,2 dollar (öncəki proqnoz – 97,96 dollar), 2023-cü ildə isə 93,24 dollar (öncəki proqnoz – 88,57 dollar) səviyyəsində olacağı ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR