ABŞ-ın kommersiya neft ehtiyatları 480 mln bareldən aşağı enib

ABŞ-ın kommersiya neft ehtiyatları 480 mln bareldən aşağı enib
# 30 mart 2023 09:03 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya neft ehtiyatları 7 489 min barel azalaraq, 473 691 min barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 92 min barel artacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR