ABŞ-ın kommersiya neft ehtiyatları beşinci həftədir azalır

ABŞ-ın kommersiya neft ehtiyatları beşinci həftədir azalır
# 10 sentyabr 2021 09:34 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya nefti ehtiyatları 1 529 min barel azalaraq 423 866 min barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 4 612 min barel azalacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, artıq beş həftədir, ABŞ-ın kommersiya neft ehtiyatlarında azalma qeydə alınır.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR