ABŞ-ın kommersiya neft ehtiyatları yeddinci həftədir azalır

ABŞ-ın kommersiya neft ehtiyatları yeddinci həftədir azalır
# 13 yanvar 2022 09:59 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya nefti ehtiyatları 4 553 min barel azalaraq 413 297 min barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 904 min barel azalacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, ABŞ-ın neft ehtiyatları ardıcıl yeddi həftədir azalır.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR