ABŞ-ın kommersiya neft ehtiyatları yenidə 460 mln. bareldən aşağı enib

ABŞ-ın kommersiya neft ehtiyatları yenidə 460 mln. bareldən aşağı enib
# 04 may 2023 09:06 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya neft ehtiyatları 1 280 min barel azalaraq, 459 634 min barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 100 min barel azalacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR