ABŞ-ın neft ehtiyatları azalıb - PROQNOZ

ABŞ-ın neft ehtiyatları azalıb - PROQNOZ
# 30 oktyabr 2019 09:51 (UTC +04:00)

Amerika Neft İnstitutunun (API) hesablamalarına əsasən, ötən həftənin (21-25 oktyabr) yekunlarına görə, ABŞ-da neft ehtiyatları azalıb.

"APA-Economics"in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ABŞ-ın neft ehtiyatları 708 min. barel azalaraq 436 mln. barel təşkil edib.

Qeyd edək ki, ABŞ neft ehtiyatlarının 494 min barel artacağı gözlənilirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızılın" qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR