ABŞ-ın neft ehtiyatları yenidən azalıb - PROQNOZ

ABŞ-ın neft ehtiyatları yenidən azalıb - PROQNOZ
# 16 noyabr 2022 09:10 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 5 835 min barel azalaraq, təxminən 434 920 min barel təşkil edib.

"APA-Economics"in Amerika Neft İnstitutunun (API) proqnozlarına istinadən verdiyi məlumata görə, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 400 min barel azalacağını proqnozlaşdırıb.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR