ABŞ-ın neft ehtiyatlarının azalması davam edir

ABŞ-ın neft ehtiyatlarının azalması davam edir
# 23 dekabr 2021 09:43 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya nefti ehtiyatları 4 715 min barel azalaraq 423 570 min barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 2 750 min barel azalacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, ABŞ-ın neft ehtiyatları ardıcıl dörd həftə azalır.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR