"Shell" şirkəti "Şahdəniz" qaz satış müqaviləsi payını artırıb

"Shell" şirkəti "Şahdəniz" qaz satış müqaviləsi payını artırıb
# 10 sentyabr 2019 16:53 (UTC +04:00)

“Shell” şirkəti “Şahdəniz” qaz satış müqaviləsini qismən “Engie”dən əldə edərək payını artırıb.

SOCAR-dan “APA-Economcs”ə verilən məlumata görə, “Shell”, “Engie”, SOCAR və Azərbaycan Qaz Təchizatı Şirkəti “Engie”yə məxsus olan “Şahdəniz” qaz təchizatı müqaviləsinin “Shell Energy Europe Limited”ə transfer edilməsinə dair razılıq əldə ediblər.

Sentyabrın 5-də imzalanan müqaviləyə əsasən, “Shell Energy Europe Limited” “Engie”nin 25 illik müqaviləsini almaqla istehlakçılarının qaz təminatını əhəmiyyətli dərəcədə artırır. “Engie” şirkəti “Şahdəniz” qazının önəmli alıcısı olaraq qalır və özünün uzunmüddətli mövqeyinin dinamik optimallaşdırılmasını həyata keçirir. İmzalanan transfer müqaviləsi TAP layihəsinin tamamlanmasından sonra İtaliyaya qədər Azərbaycan qazının nəqlini nəzərdə tutur.

"Shell"ın “Engie”dən alınan payı məlumatda göstərilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR