ABŞ-ın strateji neft ehtiyatları 1984-cü ildən bəri ən aşağı səviyyəyə düşüb

ABŞ-ın strateji neft ehtiyatları 1984-cü ildən bəri ən aşağı səviyyəyə düşüb
# 07 sentyabr 2022 09:31 (UTC +04:00)

ABŞ-ın strateji neft ehtiyatları 27 avqust-2 sentyabr həftəsində 7,5 mln. barel azalaraq 442,5 mln. barelə enib.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, strateji neft ehtiyatlarının qeyd olunan həcmi 1984-cü ilin noyabrından bəri ən aşağı göstəricidir.

Qeyd olunur ki, hesabat həftəsində strateji ehtiyatlardan təqribən 5,9 mln. barel aşağı kükürdlü neft və 1,7 mln. barel yüksək kükürdlü neft satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR