ABŞ kommersiya neft ehtiyatları kəskin azalıb

ABŞ kommersiya neft ehtiyatları kəskin azalıb
# 01 dekabr 2022 10:34 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya ehtiyatları 12 580 min barel azalaraq, 419 084 min barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 2 758 min barel azalacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR