ABŞ Energetika Nazirliyinin proqnozlarına görə, bu ilin oktyabr ayında avqust ilə müqayisədə ölkədə əsas istehsalat sahələrində (hasilatın əsas hissəsi şist neftinin payına düşür – red.) neft hasilatı artacaq.
"APA-Economics"in ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasına (EIA) istinadən verdiyi məlumata görə, ən iri yataqlarda ortalama gündəlik neft hasilatı 132 min barel və ya 1,5% artaraq 9,115 mln. barelə çatacaq.
Məlumata görə, hasilat üzrə artım əsasən "Permian", "Eagle Ford", "Bakken", "Anadarko", "Appalachia” və "Niobrara" yataqlarının payına düşəcək.
Xatırladaq ki, ötən il ABŞ-da gündəlik neft hasilatı 11,2 mln. barel təşkil edib. 2020-ci ildə ABŞ-da ortalama gündəlik neft hasilatı 11,28 mln. barel olub. 2019-cu ildə isə bu göstərici 12,25 mln. barel təşkil edib.