ABŞ tərəfdaşları ilə Rusiya neft məhsulları üçün qiymət həddini müzakirə edir

ABŞ tərəfdaşları ilə Rusiya neft məhsulları üçün qiymət həddini müzakirə edir
# 27 yanvar 2023 17:18 (UTC +04:00)

ABŞ Avropa İttifaqı və G7 ilə Rusiya neft məhsulları üçün qiymət tavanının uyğun səviyyəsini müzakirə edir.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen Cənubi Afrikaya səfəri zamanı deyib.

"Mən təfərrüatlara varmayacam. Biz bütün tərəfdaşlarımızla - G7+ koalisiyası və Avropa birliyi ilə qiymət həddinin uyğun səviyyəsinin nə qədər olduğunu müzakirə edirik", - nazir qeyd edib.

Canet Yellen Aİ və G7-nin razılığa gələcəyinə əminliyini ifadə edib, lakin hələlik bu məsələ ilə bağlı konkret yekun detalları açıqlamayacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR