"Abşeron" yatağında əhəmiyyətli qaz ehtiyatlarının olması tam təsdiqləndi

"Abşeron" yatağında əhəmiyyətli qaz ehtiyatlarının olması tam təsdiqləndi
# 12 iyul 2019 13:37 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağında “ABD-001” hasilat quyusunun qiymətləndirmə lüləsinin qazılması burada əhəmiyyətli qaz ehtiyatlarının olmasını təsdiqlədi. Bu barədə “APA-Economics”ə Azərbaycanın neft-qaz bazarındakı etibarlı mənbə bildirib.

Mənbənin sözlərinə görə, aparılan qazma işləri yataqda nəzərdə tutulduğu kimi, ən azından 350 mlrd. qaz ehtiyatlarının olmasını tam təsdiqləyib.

“Qazma işləri SOCAR tərəfindən proqnozlaşdırılan yüksək göstəricini tam təsdiqlədi və bu da əla bir nəticədir”, - deyə mənbə qeyd edib.

Qeyd edək ki, hazırda “Abşeron” yatağında “ABD-001” quyusunun istismar lüləsinin qazması davam edir.

"Abşeron" dəniz blokundan kəşfiyyat, inkişaf və paylaşılan saziş haqqında razılaşma 27 fevral 2009-cu il tarixində imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və "Total" (50% - lahiyənin operatoru) şirkətləridir. Müqavilə 30 il müddətinə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR