ACE platformasının dayaq bloku suya buraxılıb - VİDEO

ACE platformasının dayaq bloku suya buraxılıb - VİDEO
# 28 mart 2023 16:00 (UTC +04:00)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “STB-1” barjı ilə dənizə göndərilən "Azəri-Mərkəzi-Şərqi" (ACE) platformasının dayaq bloku təhlükəsiz şəkildə suya buraxılıb.

Bu barədə “APA-Economics” ASCO-ya istinadə xəbər verir.

Qeyd etmək lazımdır ki, “Heydər Əliyev” adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) inşa edilmiş ACE platformasının dayaq bloku 16 mart 2023-cü il tarixində dənizə yola salınıb.

"Azəri-Mərkəzi-Şərqi" layihəsində istismar olunması üçün “STB-1” barjında ötən il zəruri modifikasiya işləri aparılıb. Barjın tələb olunan dərəcə üzrə sertifikasiyası yenilənib.

Xəzər dənizinin ən böyük barjı sayılan “STB-1”in uzunluğu 163, eni 45 metr, göyərtəyə yükgötürmə qabiliyyəti 18000 tondur.

© APA | ACE platformasının dayaq bloku suya buraxılıb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR