AÇG-də hasil edilən neftin 62%-dən çoxu “Azəri” yatağının payına düşüb

AÇG-də hasil edilən neftin 62%-dən çoxu “Azəri” yatağının payına düşüb
# 09 iyun 2023 16:38 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun işlənilməsinə başlandığından indiyə kimi (may ayının birinə olan məlumata görə) hasil edilən neft və qazın müvafiq olaraq 62,1%-i və 77%-i “Azəri” yatağının payına düşüb.

Bu barədə “APA-Economins” SOCAR-ın məlumatları bazasında aparılmış hesablamalara əsasən xəbər verir.

Belə ki, hesabat dövründə “Azəri” yatağından 355,6 mln. ton neft və 160 mlrd. kubmetr qaz hasil edilib.

Məlumata əsasən, AÇG blokuna daxil olan “Çıraq” yatağından indiyədək 134,2 mln. ton neft və 30,4 mlrd. kubmetr qaz hasil edilib.

Bundan başqa, hesabat dövründə “Dərinsulu Günəşli”dən 83,2 mln. ton neft və 17,4 mlrd. kubmetr qaz çıxarılıb.

Qeyd edək ki, AÇG blokunun işlənilməsinə başlandığından indiyə kimi 573 mln. ton neft və 207,8 mlrd. kubmetr qaz hasil olunub.

Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR