Bu ilin yanvar-noyabr ayları üzrə Azərbaycanda təxminən 31,6 mln. ton neft (kondensatla birlikdə) hasil edilib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 16,5 min ton azdır.
Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, respublika üzrə neft hasilatının 20,6 mln. tonu "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokun, 3,8 mln. tonu (kondensat) isə "Şahdəniz" qaz-kondensat yatağının payına düşüb.
Məlumata görə, hesabat dövrü SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 7,2 mln. ton təşkil edib.