AÇG-dən bu il 5 mln. tondan artıq neft hasil edilib

AÇG-dən bu il 5 mln. tondan artıq neft hasil edilib
# 26 aprel 2022 17:30 (UTC +04:00)

Bu ilin I-ci rübü ərzində Azərbaycanda 8,3 mln. tondan çox neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, respublika üzrə neft hasilatının 5,3 mln. tonu “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun, 1,1 mln. tonu (kondensat) “Şahdəniz” qaz-kondensat yatağının payına düşüb.

Məlumata görə, hesabat dövründə SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9 mln. ton təşkil edib.

“Hesabat dövründə 6,7 mln. tona yaxın neft (kondensatla birlikdə) ixraca nəql olunub”, - məlumatda qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR