AÇG-dən indiyədək 560 mln. tondan çox neft hasil edilib

AÇG-dən indiyədək 560 mln. tondan çox neft hasil edilib
# 11 noyabr 2022 16:02 (UTC +04:00)

“Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları bloku və “Şahdəniz” qaz-kondensat yatağından, istismara veriləndən 01 noyabr 2022-ci il tarixinədək 603 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə “Azəri-Çıraq-Günəşli”dən 563,5 milyon ton neft, “Şahdəniz”dən isə 39,5 milyon ton kondensat çıxarılıb.

“Bundan cari ilin 01 noyabr tarixinədək 601 milyon tonu ixraca nəql edilib”, - məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR