AÇG-dən indiyədək 567 mln. ton neft hasil edilib

AÇG-dən indiyədək 567 mln. ton neft hasil edilib
# 13 yanvar 2023 15:33 (UTC +04:00)

İstismara veriləndən 1 yanvar 2023-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” dəniz yataqlarından 607 mln. tondan çox neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan dövrdə AÇG-dən 567 mln. ton neft, “Şahdəniz”dən isə 40 mln. ton kondensat çıxarılıb.

“Bundan 1 yanvar 2023-cü il tarixinədək 605 mln. tondan çox ixraca nəql edilib”, - məlumatda qeyd olunur.

Məlumata görə, 2022-ci ilin yanvar-dekabr aylarında ölkədə 32,6 mln. ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 20,4 mln. tonu AÇG-nin, 4,4 mln. tonu (kondensat) “Şahdəniz”in payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR