AÇG və “Şahdəniz”dən indiyədək 386 mlrd. kubmetrdən artıq qaz hasil edilib

AÇG və “Şahdəniz”dən indiyədək 386 mlrd. kubmetrdən artıq qaz hasil edilib
# 13 yanvar 2023 15:25 (UTC +04:00)

İstismara veriləndən 1 yanvar 2023-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” dəniz yataqlarından 386,2 mlrd. kubmetr qaz hasil edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan dövrdə AÇG-dən 203,4 mlrd. kubmetr, “Şahdəniz”dən isə 182,8 mlrd. kubmetrə yaxın qaz hasil edilib.

“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 128 mlrd. kubmetrə yaxın həcmi ixraca nəql olunub”, - məlumatda qeyd olunur.

Məlumata görə, ötən il AÇG-dən 13,4 mlrd. kubmetr, “Şahdəniz”dən isə 25,2 mlrd. kubmetr qaz hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR