AÇG və "Şahdəniz"dən indiyədək 579 mln. ton neft hasil edilib

AÇG və "Şahdəniz"dən indiyədək 579 mln. ton neft hasil edilib
# 30 dekabr 2021 15:02 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları bloku və “Şahdəniz” qaz-kondensat yataqı istismara veriləndən 1 dekabr 2021-ci il tarixinədək 578,6 mln. tondan çox neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə AÇG-dən 544,6 mln. ton neft, “Şahdəniz”dən isə təqribən 34 mln. ton kondensat çıxarılıb.

Məlumata görə, AÇG və “Şahdəniz” istismara veriləndən 2021-ci ilin 01 dekabr tarixinədək təqribən 578,1 mln. ton neft və kondensat ixraca yönəldilib.

Qeyd olunur ki, yataqlar istismara veriləndən cari ilin 01 dekabr tarixinədək AÇG-dən 188,7 mlrd. kub metrdən çox, “Şahdəniz”dən isə 155,3 mlrd. kub metrdən çox qaz hasil edilib.

“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 106,2 milyard kub metrə yaxın həcmi ixraca nəql edilib”, - məlumatda qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR