AÇG və “Şahdəniz”dən indiyədək 589 mln. ton neft ixrac edilib

AÇG və “Şahdəniz”dən indiyədək 589 mln. ton neft ixrac edilib
# 12 may 2022 11:51 (UTC +04:00)

“Azəri-Çıraq-Günəşli” neft-qaz yatağları bloku və “Şahdəniz” qaz-kondensat yatağı yataqları istismara veriləndən 01 may 2022-ci il tarixinədək 589 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “Azəri- Çıraq-Günəşli”dən 553 milyon ton neft, “Şahdəniz”dən isə 36 milyon ton kondensat çıxarılıb.

Məlumata görə, AÇG və “Şahdəniz” yataqları istismara veriləndən 2022-ci ilin 01 may tarixinədək 589 milyon ton neft ixraca nəql edilib.

Yataqlar istismara veriləndən cari ilin 01 may tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 195 milyard kubmetrə yaxın, “Şahdəniz”dən isə 166 milyard kubmetrdən çox qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 114 milyard kubmetrdən çox həcmi ixraca nəql edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR