AÇG və “Şahdəniz”dən indiyədək 620 mln. tondan çox neft ixrac olunub

AÇG və “Şahdəniz”dən indiyədək 620 mln. tondan çox neft ixrac olunub
# 22 sentyabr 2023 10:48 (UTC +04:00)

Azərbaycanda neft hasilatının 63%-ni təşkil edən Azəri-Çıraq-Günəşli və əmtəəlik qazın, təxminən, 70%-nin hasil olunduğu “Şahdəniz” yataqlarından indiyə kimi 623 mln. ton neft və kondensat hasil edilib.

APA-Economics” xəbər verir ki, bunu “Neftçilər Günü” peşə bayramı münasibətilə keçirilmiş tədbirdə energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, hesabat dövründə AÇG-dən 580 mln. ton neft, “Çahdəniz”dən isə 43 mln. ton qaz kondensatı hasil edilib.

Qeyd edilib ki, hesabat dövründə qeyd olunana yataqlardan hasil edilən 621 mln. ton neft-kondensat ixrac olunur.

Bundan başqa nazir bu xüsusda, AÇG-nin 2050-ci ilədək işlənilməsi ilə bağlı tərəfdaşlarımızla ortaq mövqeyin nəinki ölkəmizdə neft hasilatında, həmçinin tədarük çatışmazlığının yaşandığı enerji bazarlarında sabitlik üçün də önəmli olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR