Aİ 2035-ci ildən benzinlə işləyən avtomobillərin satışını dayandıracaq

Aİ 2035-ci ildən benzinlə işləyən avtomobillərin satışını dayandıracaq
# 28 oktyabr 2022 14:48 (UTC +04:00)

Avropa Parlamenti və Avropa İttifaqına üzv ölkələr 2035-ci ildən sonra Aİ-də yeni daxili yanma mühərrikli avtomobillərin (ənənəvi yanacaq növləri ilə işləyən – red.) satışını dayandırmaq barədə razılığa gəliblər.

Bu barədə “APA-Economics” xarici mətbuata istinadən xəbər verir.

Razılaşmanın istixana qazı emissiyalarının azaldılması və iqlim dəyişikliyi ilə mübarizə işlərinin bir hissəsi kimi Aİ ölkələrinin elektrik avtomobillərinə keçidini sürətləndirəcəyi gözlənilir. Bu razılıqdan sonra yeni qanun Aİ-yə üzv olan 27 dövlətin, Avropa Parlamentinin və Avropa Komissiyasının nümayəndələri tərəfindən təsdiq olunmalı və qəbul edilməlidir.

Avropa İttifaqında adi yanacaqla işləyən avtomobillərin satışına qadağa Avropa Komissiyasının 2050-ci ilə qədər Aİ-də iqlimə neytral iqtisadiyyata nail olmaq planının bir hissəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR