Aİ bir ilə Rusiya qazının istehlakını əhəmiyyətli dərəcədə azaldıb

Aİ bir ilə Rusiya qazının istehlakını əhəmiyyətli dərəcədə azaldıb
# 18 may 2022 15:44 (UTC +04:00)

Avropa İttifaqının Rusiyanın enerji resurslarından mərhələli şəkildə imtina planı digər ölkələrdən qaz idxalını, həmçinin bərpa olunan enerjinin payının artırılmasını nəzərdə tutur.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen bildirib.

Onun sözlərinə görə, Aİ 2030-cu il üçün bərpa olunan enerjinin payını 45%-ə çatdırmaq istəyir. Eyni zamanda, ümumi enerji istehlakının 13% azaldılması nəzərdə tutulur.

Ursula fon der Leyen qeyd edib ki, bir il ərzində (2021-ci ilin aprelindən 2022-ci ilin aprelinə qədər) Avropa İttifaqı Rusiya qazının istehlakını 40%-dən 26%-ə endirməyə nail olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR