Aİ, İsrail və Misir Avropaya qaz tədarükü ilə bağlı müqavilə imzalayıb - YENİLƏNİB

Aİ, İsrail və Misir Avropaya qaz tədarükü ilə bağlı müqavilə imzalayıb  - YENİLƏNİB
# 15 iyun 2022 12:58 (UTC +04:00)

Avropa İttifaqı, İsrail və Misir çərşənbə günü yəhudi dövlətindən Ərəb Respublikası vasitəsilə Avropaya qaz ixracı sahəsində anlaşma memorandumu imzalayıblar.

APA-Economics” xəbər verir ki, Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Sənədə əsasən, müqavilə avtomatik olaraq daha iki il uzadılmaqla üç il müddətinə nəzərdə tutulub.

11:52

İsrail və Avropa İttifaqı çərşənbə günü İsrail təbii qazının Avropaya ixracına dair saziş imzalamağa hazırlaşır.

APA-Economics” xəbər verir ki, bu barədə yəhudi dövlətinin ordu radiosu məlumat yayıb. Radiostansiyanın məlumatına görə, sənədin imzalanması Avropa Komissiyasının (AK) prezidenti Ursula Fon der Lyayenin İsrailə üç günlük səfərinin sonuncu günü, iyunun 15-i səhər saatlarına planlaşdırılıb.

“Maariv” qəzeti qeyd edir ki, İsrail Aİ üçün “yeni qaz mənbəyinə çevrilə bilər”, çünki “Avropa İttifaqı Rusiyadan [qaz tədarükü] asılılığını azaltmağa çalışır”.

Çərşənbə axşamı AK rəhbəri fəxri doktor adına layiq görüldüyü Negevdə (İsrailin cənubu) Ben Qurion Universitetində çıxış edərək bildirib ki, Aİ-nin hazırda Rusiya Federasiyası ilə münasibətlərində yaşadığı problemlər fonunda Avropa İttifaqı İsraillə enerji sektorunda əməkdaşlığı gücləndirməyə hazırdır.

O, əlavə edib ki, Moskvanın qaz məsələlərində mövqeyi Aİ-nin alternativ enerji mənbələri axtarmaq istəyini gücləndirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR