Aİ-nin enerji komissarı: CQD-nin həm Aİ, həm də Azərbaycan üçün vacib rolu var

Aİ-nin enerji komissarı: CQD-nin həm Aİ, həm də Azərbaycan üçün vacib rolu var
# 03 fevral 2023 11:51 (UTC +04:00)

“Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 9-cu iclası mürəkkəb bir dövrə - qlobal inkişafın risk altında olduğu və enerji təhlükəsizliyinin diqqət mərkəzinə düşdüyü bir dövrə təsadüf edir”.

APA xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Avropa İttifaqının (Aİ) enerji komissarı Kadri Simson Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında çıxışı zamanı deyib.

Kadri Simson bildirib ki, Məşvərət Şurasının bu iclası Aİ, Azərbaycan və digər tərəfdaşların enerji böhranına cavab vermək və stabillik üçün birgə əməkdaşlıq etdiklərini göstərmək üçün bir fürsətdir.

Aİ Komissarı Kadri Simsonun sözlərinə görə, Aİ və Azərbaycan arasında çox uğurlu əməkdaşlıq mövcuddur. O əlavə edib ki, Aİ və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq barədə memorandum Cənub Qaz Dəhlizinin həm Aİ, həm də Azərbaycan üçün vacib rolu olduğunu göstərir.

O, bu dəhliz vasitəsilə qaz həcminin artdığını xatırladaraq vurğulayıb ki, bu həcmin artması Avropa enerji resurslarının diversifikasiyasına, qaz tədarükünün stabilliyinə və təhlükəsizliyinə ciddi töhfə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR