Aİ-nin yeraltı anbarlarında qazın həcmi 97 mlrd. kubmetrə yaxınlaşıb

Aİ-nin yeraltı anbarlarında qazın həcmi 97 mlrd. kubmetrə yaxınlaşıb
# 04 oktyabr 2022 11:12 (UTC +04:00)

Avropa İttifaqı ölkələrində qışa hazırlıq çərçivəsində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi orta hesabla 90%-ə yaxınlaşıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "Gas Infrastructure Europe" Assosiasiyasının (Avropanın qazın nəqli sistemləri operatorları assosiasiyası) məlumatlarında bildirilib.

Məlumata görə, hazırda qeyd olunan göstərici 89,32% təşkil edir (son sutka göstərici 0,35 faiz bəndi artıb – red.) və Avropanın yeraltı qaz anbarlarında olan ümumi qazın həcmi 96,53 mlrd. kubmetrə yaxındır.

Xatırladaq ki, bu il Aİ ölkələri 1 noyabr 2022-ci il tarixinədək yeraltı qaz anbarlarını ən azı 80% və sonrakı bütün qış dövrlərində isə 90% doldurmağı öhdələrinə götürüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR