Aİ ölkələri oktyabrın 15-dək qaza qənaətlə bağlı hesabat verəcək

Aİ ölkələri oktyabrın 15-dək qaza qənaətlə bağlı hesabat verəcək
# 01 sentyabr 2022 15:31 (UTC +04:00)

Avropa İttifaqına (Aİ) üzv ölkələr oktyabrın 15-dək qaza tələbatın azaldılması üzrə irəliləyişlə bağlı ilk hesabatlarını Avropa Komissiyasına təqdim etməlidirlər.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Avropa Komissiyasının sözcüsü Tim Makfi bildirib.

Onun sözlərinə görə, ölkələr hansı tədbirləri gördükləri və qaza tələbatın azaldılması istiqamətində hansı irəliləyişlərin əldə edildiyi barədə məlumat verəcəklər.

Qeyd edək ki, iyulun 20-də Avropa Komissiyası Aİtt ölkələrində “mavi yanacağa” tələbatın azaldılması ilə bağlı tənzimləməni təklif edib, bu qayda Aİ ölkələri tərəfindən razılaşdırılıb və bir sıra düzəlişlərlə avqustun 9-dan qüvvəyə minib.

Yeni qaydalara əsasən, ölkələr 2022-ci il avqustun 1-dən 2023-cü il martın 31-dək qaza olan tələbatlarını əvvəlki beş ilin eyni dövrü üzrə orta tələbatla müqayisədə ən azı 15% azaltmaq üçün bütün səyləri göstərməlidirlər. Hazırda məqsəd könüllüdür, lakin bəzi istisnalarla İttifaq ölkələri üçün bunu məcburi etmək mümkünlüyü nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR