Aİ qısa müddətdə Rusiya qazını əvəz edə bilməyəcək

Aİ qısa müddətdə Rusiya qazını əvəz edə bilməyəcək
# 03 oktyabr 2022 15:57 (UTC +04:00)

Avropa İttifaqı qısa müddətdə Rusiya qazı üçün əvəz edə bilməyəcək.

APA-Economics”in vediyi xəbərə görə, bu barədə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis “Bloomberg” üçün köşə yazısında yazıb bildirib.

“Qiymətlər nə qədər artsa da, Avropa bütövlükdə qısa müddətdə itirdiyi həcmləri tam əvəz edə bilməyəcək”, - Kiriakos Mitsotakis qeyd edib.

Onun sözlərinə görə, Aİ-nin alternativ təchizatçı tapmaq qabiliyyəti həm fiziki, həm də iqtisadi amillərdən asılıdır.

Bundan əlavə, Kiriakos Mitsotakis idxal olunan yanacağın qiymətlərinin məhdudlaşdırılması təşəbbüsünü dəstəkləyib.

Baş nazirinin sözlərinə görə, bu ilin birinci rübündə Aİ-nin yanacaq idxalı xərcləri ötən illə müqayisədə 62 mlrd. avro artıb və ilin sonuna qədər bu rəqəmlər “yüz milyardlarla” və hətta trilyonlarla ölçüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR