Almaniya Rusiyadan enerji asılılığını azaltmaq üçün iddialı siyasət aparır

Olaf Şolts

© APA | Olaf Şolts

# 02 may 2022 11:56 (UTC +04:00)

Avropa İttifaqı bu yay Rusiyadan kömür idxalını dayandıracaq, həmçinin ilin sonuna qədər Rusiya neftindən imtina etməyi planlaşdırır.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Almaniya kansleri Olaf Şolts “Indian Express”ə bildirib.

Onun sözlərinə görə, hazırda Rusiyadan ənənəvi enerji daşıyıcılarında idxalından asılılığı azaltmaq üçün iddialı siyasət aparılır.

“Biz bu yay Rusiya kömürünün idxalını dayandıracağıq, ilin sonuna qədər neftindən mərhələli şəkildə imtina edəcəyik və Rusiyadan qaz idxalını ciddi şəkildə azaldacağıq”, - Olaf Şolts qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR