Almaniya yeraltı qaz anbarlarını 91%-dən çox doldurub

Almaniya yeraltı qaz anbarlarını 91%-dən çox doldurub
# 26 sentyabr 2022 17:02 (UTC +04:00)

Almaniyada yeraltı qaz anbarlarının dolululuq səviyyəsi 91%-i ötüb.

"APA-Economics" xəbər verir ki, bu barədə ölkənin Federal Şəbəkə Agentliyi məlumat yayıb.

Məlumata görə, Almaniyada ümumi qaz saxlama səviyyəsi hazırda 91,02%-dir.

Qeyd olunur ki, topdansatış qiymətləri hələ də əhəmiyyətli dəyişkənliklərə məruz qalır, lakin çox yüksək səviyyədə qərarlaşıb.

Qurum şirkətləri və ev təsərrüfatlarını qaz qiymətlərinin əhəmiyyətli dərəcədə artmasına hazırlaşmağa və istehlaka qənaət etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR