Gündəmdə olan kibertəhdidlər təyinatını dəyişməsə də intensivliyini dəyişib. Ötən iki gün ərzində baş vermiş antiterror tədbirləri nəticəsində bir çox sistemlərdə olan kiberhücumların aktivliyi müşahidə olunur.
"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İnformasiya və kibertəhlükəsizlik şöbəsinin rəisi Elvin Şahverdiyev "Beynəlxalq kibertəhlükəsizlik günləri İCSD 2023" tədbirində çıxışı zamanı bildirib.
"Xüsusilə DDoS hücumlarda nəzərəçarpacaq dərəcədə artım müşahidə olunur. Fişinqlər, sosial mühəndisliklə bağlı kifayət qədər təhdidlər, hücum ssenariləri formalaşdırılıb", - deyə Elvin Şahverdiyev əlavə edib.