Anar Məmmədov: "Petkim" kompleksinə 1 mlrd. dollar sərmayə yatırılıb

Anar Məmmədov: "Petkim" kompleksinə 1 mlrd. dollar sərmayə yatırılıb
# 10 oktyabr 2019 17:51 (UTC +04:00)

“SOCAR Turkey” İzmirin Əliağa bölgəsində yerləşən "Petkim" neft-kimya kompleksinə 1 mlrd. ABŞ dolları məbləğində sərmayə yatırıb.

"APA-Economics"in məlumatına görə, bunu "Petkim"in rəhbəri Anar Məmmədov deyib.

Onun sözlərinə görə, Türkiyənin neft-kimya sektoru çox böyük imkanlara malikdir və hər il 6-7% böyüyür. Ölkənin neft-kimya məhsulları istehsal edən yeganə inteqrasiya olunmuş müəssisəsi “Petkim”dir. “Petkim” bu gün Türkiyənin neft-kimya məhsullarına olan ehtiyacının yalnız 20%-ni təmin edə bilir.

“Genişlənmə potensialı çox yüksək olan bu sektorda tələbatın ödənilməsi məqsədilə böyük sərmayələr qoyulur. 2008-ci ildən bəri SOCAR hər il “Petkim”ə təxminən 100 mln. dollar həcmində sərmayə yatırıb və onun əlavə investisiyalarının ümumi həcmi 1 mlrd. dollara çatıb”, - deyə A. Məmmədov əlavə edib.

Qeyd edək ki, "Petkim" neft-kimya kompleksi hazırda istehsal etdiyi məhsulu 78 ölkəyə ixrac edir. Müəssisədə istehsal olunan 60 fərqli məhsul Türkiyənin neft-kimya tələbatının təxminən 20%-ni ödəyir.

Ötən il "Petkim"in xalis mənfəəti 872 mln. lirə (təxminən 151,1 mln. dollar) təşkil edib. 2018-ci ildə "Petkim Holding A.Ş"ın dövriyyəsi 9,3 mlrd. lirə olub (təxminən 1,612 mlrd. dollar), aktivləri isə 62% artaraq 12,6 mlrd. lirəyə (təxminən 2,183 mlrd. dollar) çatıb.

Bundan başqa, ötən il "Petkim"in məhsul satışı 1,8 mln. ton təşkil edib ki, məhsulun 939 min tonu Türkiyə bazarında satılıb, 880 min tonu isə ixraca yönəldilib.

Xatırladaq ki, SOCAR "Petkim Holding"də 51% paya malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR