"Anglo Asian Mining" ötən il qızıl külçə satışını azaldıb

"Anglo Asian Mining" ötən il qızıl külçə satışını azaldıb
# 13 yanvar 2022 13:50 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən aparıcı qızıl-mədən şirkətlərindən biri olan "Anglo Asian Mining Plc" 2021-ci ildə 71,176 mln. ABŞ dolları dəyərində 39 563 unsiya qızıl külçəsi satıb.

"APA-Economics"in şirkətin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici 2020-ci illə müqayisədə 17,7% azdır.

2021-ci ilin təkcə IV rübündə isə 24,004 mln. dollarlıq qızıl külçə satılıb ki, bu da 2020-ci ilin eyni rübü ilə müqayisədə 29,5%, 2021-ci ilin III rübü ilə müqayisədə isə 93,7% çoxdur.

Qeyd edək ki, ötən il əzrində satılan qızıl külçələrin 1 unsiyasının orta qiyməti 1 786,25 dollar təşkil edib. 2020-ci ildə isə bu göstərici 1 780,25 dollara bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR