"Anglo-Asian Mining" Azərbaycanda qızıl və gümüş hasilatını azaldıb

"Anglo-Asian Mining" Azərbaycanda qızıl və gümüş hasilatını azaldıb
# 22 oktyabr 2019 15:46 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əlvan metalların hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti 52 198 unsiya qızıl hasil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4% azdır.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə "Anglo-Asian Mining Plc." Azərbaycanda 117 708 unsiya gümüş hasil edib ki, bu da illik ifadədə 18,5%-lik azalma deməkdir.

Məlumata əsasən, cari ilin doqquz ayında şirkət ölkədə mis hasilatını 40% yaxın artırıb. Belə ki, yanvar-sentyabr aylarında "Anglo-Asian Mining Plc." 1 478 ton mis istehsal edib.

Ümumi ölkə üzrə bu ilin 9 ayında şirkət qızıl ekvivalentinə bərabər olan 60 122 unsiya məhsul hasil edib (2,7% azalma).

Belə ki, hesabat dövründə "Anglo-Asian Mining Plc." şirkətinin nağd vəsaitləri 19,1 mln. ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Pay Bölgüsü Sazişi) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR