"Anglo-Asian Mining" qızıl hasilatını azaldıb, gümüş istehsalını kəskin artırıb

"Anglo-Asian Mining" qızıl hasilatını azaldıb, gümüş istehsalını kəskin artırıb
# 13 yanvar 2022 13:03 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən aparıcı qızıl-mədən şirkətlərindən biri olan “Anglo Asian Mining Plc” 2021-ci ildə 48 680 unsiya qızıl hasil edib ki, bu da illik müqayisədə 14,4% azdır.

APA-Economics”in şirkətin hesabatına istinadən verdiyi məlumata görə, hesabat dövründə şirkət 154 564 unsiya gümüş hasil edib, bu da illik müqayisədə 25,7% çoxdur.

Hesabata əsasən, 2021-ci ildə şirkət üzrə 2 649 ton mis hasil edilib, bu da illik müqayisədə 2,2% çoxdur.

Qeyd olunur ki, ötən il şirkət üzrə ümumi istehsal 64 610 qızıl ekvivalentində unsiya səviyyəsində olub, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 3,9% azalma deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR