"Anglo-Asian Mining" qızıl istehsalını 3,4% artırıb

"Anglo-Asian Mining" qızıl istehsalını 3,4% artırıb
  • Clock-gray 17:55
  • calendar-gray 15 İyul 2019

Azərbaycanda qızıl, gümüş və mis istehsalı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining” şirkəti bu ilin birinci yarısının və ilin ikinci rübünün yekunlarına dair hesabat dərc edib.

APA-Economics”in şirkətin hesabatına istinadən verdiyi məlumata görə, “Anglo-Asian Mining” əsas qiymətli metalların (qızıl, gümüş və mis) hasilatını bu ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 3% artıraraq 19 618 unsiyaya çatdırıb. Cari ilin birinci rübünə nisbətən isə istehsalın ümumi həcmi 669 unsiya və ya 3,4% azalıb.  

Ötən rüb ərzində şirkətin qızıl istehsalı 2,3% artaraq 17 149 unsiya, mis istehsalı 35,5% artaraq 450 ton, gümüş istehsalı isə 24,7% azalaraq 33 292 unsiya təşkil edib.

Cari ilin ilk yarısında isə ötən ilin analoji dövrü ilə müqayisədə məhsul istehsalı 7% artaraq 39 905 unsiyaya çatıb. Eyni zamanda qızılın ümumi istehsal 3,4% artaraq 34 394 unsiyaya, mis istehsalı 64% artaraq 963 tona, gümüş istehsal isə 0,2% azalaraq  84 586 unsiyaya çatıb.

Bundan başqa, cari ilin birinci yarısında “Anglo-Asian Mining”ın nağd vəsaitlərinin həcmi 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 42,5% artaraq 15,4 mln. ABŞ dollarına çatıb.

APA-Economics

Digər xəbərlər

Arxiv

date