"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının ərazisi minadan tam təmizlənib - VİDEO

"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının ərazisi minadan tam təmizlənib - VİDEO
# 29 yanvar 2022 15:21 (UTC +04:00)

Cəbrayıl rayonunda yerləşən və 200 hektar ərazini əhatə edən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının ərazisi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib.

"APA-Economics"in İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, Sənaye Parkının konseptual planı (Baş plan) hazırdır və yaxın günlərdə Parkın 1,5 hektarlıq hissəsində mobilizasiya şəhərciyinin salınması işlərinə başlanılması nəzərdə tutulur.

Hazırda mobilizasiya şəhərciyi yerləşəcək ərazinin hamarlanması və kipləşdirilməsi işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR