ARDNF-nin mənfəət nefti və qazın satışından gəlirləri 3 dəfəyədək azalacaq - CƏDVƏL

ARDNF-nin mənfəət nefti və qazın satışından gəlirləri 3 dəfəyədək azalacaq - CƏDVƏL
# 28 noyabr 2022 17:33 (UTC +04:00)

Hasilat həcminin azalması və neft qiymətlərində mühafizəkar yanaşma fonunda mənfəət nefti və qazın satışı üzrə Azərbaycan Respublikası Dövlət Neft Fondunun daxilolmalarının növbəti ildə cari ilin gözlənilən daxilolmalarından təqribən 2,9 dəfə az olacağı proqnozlaşdırılıb.

"APA-Economics" xəbər verir ki, bu, Hesablama Palatasının “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin layihəsinə rəy”ində əksini tapıb.

Rəydə bildirilir ki, 2023-cü ildə Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlərin (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) 3865,5 mln. ABŞ dolları və ya 6 571,4 mln. manat olması proqnozlaşdırılmışdır ki, bu da 2021-ci il faktiki icra göstəricisindən 5 323,2 mln. manat və ya 44,8%, 2022-ci il proqnoz göstəricisindən 8 422,0 mln. manat və ya 56,2%, 2022-ci il gözlənilən icra göstəricisindən isə 12 614,4 mln. manat və ya 65,7% azdır.

Dövlət Neft Fondunun 2023-cü il büdcə layihəsində Fonda mədaxil olunması üçün satılması proqnozlaşdırılan mənfəət neftindən və qazdan əldə olunacaq gəlir məbləği müəyyən edilərkən aşağıdakı yataqlardakı neftin və qazın hasilatından Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin və qazın miqdarı və SOCAR tərəfindən "Cənub Qaz Dəhlizi" və Cənubi Qafqaz Boru Kəməri layihələri üzrə ARDNF-yə gözlənilən ödənişlər (dividendlər) nəzərə alınıb.

Neft Fondunun 2023-cü il üzrə mənfəət nefti və qazı üzrə əsas göstəricilər:

Yatağın adı

2023 Daxilolma (mln.

ABŞ dolları)

2023-cü il hasilat (dövlətin payı)

mln. barel

mlrd.m3

Mənfəət neftinin və qazın satışından

cəmi

3 865,5

72,9

5,5

Azəri-Çıraq-Günəşli

3 055,2

64,1

Şahdəniz yatağı

622,0

7,60

5,30

Suraxanı və Qaraçuxur yataqları

2,3

0,05

Zığ-Hövsan yatağı

1,05

0,02

Kürsəngi və Qarabağlı yataqları*

0,0

Neftçala və Xıllı

0,44

0,01

Mişovdağ və Kəlaməddin

1,25

0,03

Kürovdağ

4,36

0,10

Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı

13,15

0,26

Binəqədi blokuna daxil olan yataqlar üzrə

4,08

0,13

Qum-Dəniz və Bahar yataqları

3,56

0,02

0,03

Abşeron JOCAP*

50,67

0,60

0,21

Razılaşma Protokoluna uyğun olaraq SOCAR

tərəfindən ediləcək ödənişlər

107,49

Cədvəl müvafiq hesabat məlumatları əsasında Hesablama Palatası tərəfindən hazırlanıb.

Qeyd: Kürsəngi və Qarabağlı yataqları üçün mənfəət 60 ABŞ dolları qiymətindən başlamaqla yaranır.

Qeyd: Abşeron layihəsi üzrə ilk hasilatın 2023-cü ildə olması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR