ASCO "Abşeron" yatağı üçün borudüzmə işlərinin ikinci mərhələsini tamamlayıb

ASCO "Abşeron" yatağı üçün borudüzmə işlərinin ikinci mərhələsini tamamlayıb
# 06 sentyabr 2019 17:57 (UTC +04:00)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmiləri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağı üçün boruların döşənməsi üzrə əməliyyatların ikinci mərhələsini də başa çatdırıb.

ASCO-dan "APA-Economics"ə verilən məlumata görə, bu mərhələdə Abşeron rayonu ərazisində yerləşən 23 saylı özüllə 57 saylı özül arasında 11 459 metr uzunluğunda və 8 düyməlik boru xətti çəkilib.

Məlumata əsasən, növbəti mərhələdə isə “Bulla-dəniz” yatağında 2 saylı Qaz Separator Məntəqəsində borudüzmə işləri görüləcək. Burada 27 km boru xəttinin çəkilməsi nəzərdə tutulur.

Borudüzmə əməliyyatlarına ASCO-nun Xəzər Dəniz Neft Donanmasına aid “Süleyman Vəzirov” borudüzən və “Yarenqa” yedək-təchizat gəmiləri cəlb olunub, məlumatda qeyd olunur.

Qeyd edək ki, “Abşeron” qaz-kondensat yatağı Xəzər dənizində, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. Borudüzmə əməliyyatları isə 8-12 metr dərinlikdə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR