Avropa Komissiyası Aİ-yə enerji istehlakını 10% azaltmağı təklif edib

Avropa Komissiyası Aİ-yə enerji istehlakını 10% azaltmağı təklif edib
# 07 sentyabr 2022 17:14 (UTC +04:00)

Avropa Komissiyası bütün Avropa İttifaqı ölkələrinə elektrik enerjisi istehlakını 10%, pik saatlarında isə daha 5% azaltmağı təklif edib.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə “Reuters” Avropa Komissiyasının sənəd layihəsinə istinadən məlumat yayıb.

Məlumata görə, Avropa Komissiyası Aİ ölkələrini elektrik enerjisi istehlakını son 5 ildə orta aylıq göstəricisindən 10%, üstəgəl Aİ-nin qazın böyük hissəsini yandırmalı olduğu pik enerji saatlarında əlavə 5% azaltmağa məcbur etmək istəyir.

Bundan əlavə, Avropa Komissiyası qazdan başqa digər enerji mənbələrindən, məsələn, atom elektrik stansiyaları, su elektrik stansiyaları, alternativ enerjidən istifadə edən istehsalçılar üçün elektrik enerjisinin qiyməti üzrə yüxarı hədd kimi 200 avro (bir MVt/saata görə) məbləğini tətbiq etməyi təklif edir.

Qeyd olunan təkliflər sentyabrın 9-da Aİ-nin enerji nazirləri tərəfindən Brüsseldə qeyri-rəsmi görüşdə nəzərdən keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR