Avropa Komissiyası “Brent” neftinin qiyməti üzrə proqnozunu azaldıb

Avropa Komissiyası “Brent” neftinin qiyməti üzrə proqnozunu azaldıb
# 11 noyabr 2022 16:32 (UTC +04:00)

Avropa Komissiyası 2022-2023-cü illər üçün “Brent” markalı etalon neftinin qiyməti üzrə proqnozunu azaldıb.

Bu barədə “APA-Economics” Avropa Komissiyasının yeni iqtisadi proqnozuna istinadən xəbər verir.

Sənədə əsasən, 2022-ci ildə “Brent” markalı neftin bir barel üçün orta qiyməti 101,8 dollar səviyyəsində olacaq, bu da öncəki proqnoz göstəricisindən 6,4 ABŞ dolları azdır. Müvafiq olaraq 2023-cü il üçün “Brent”in qiymətinin 85 dollar səviyyəsində olacağı ehtimal olunur, bu da əvvəlki proqnoz göstəricidən 10,6 dollar azdır.

Sənədə əsasən, 2024-cü ildə “Brent” neftinin orta qiymətinin 78 dollar təşkil edəcəyi ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR